DÇ-2026: İngiltərə dünya üçüncüsü oldu

DÇ-2026: İngiltərə dünya üçüncüsü oldu
19.07.2026 09:31 İdman

Futbol üzrə İngiltərə millisi 2026-cı il dünya çempionatında üçüncü yerin sahibi olub.

TodayPress TV xəbər verir ki, Fransa ilə qarşılaşan ingilislər bürünc medal uğrunda matçda 6:4 hesablı qələbəyə seviniblər.

Tomas Tuxelin rəhbərlik etdiyi kollektivin heyətində Deklan Rays (3), Ezri Konsa (18), Bukayo Saka (37, 45+1, 87-p.) və Cud Bellinqem (90+8) fərqləniblər. "Xoruzlar"dan isə Kilian Mbappe (48, 66) Bradli Barkola (54) və Usman Dembele (90+6) adını tabloya yazdırıblar.

02:23

Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda altıncı qol vurulub.

TodayPress TV xəbər verir ki, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda fransızlar hesab arasındakı fərqi azaldıblar - 2:4.

54-cü dəqiqədə Bradli Barkola fərqlənib.

02:14

Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda beşinci qol vurulub.

TodayPress TV xəbər verir ki, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda fransızlar hesab arasındakı fərqi azaldıblar - 1:4.

48-ci dəqiqədə Kilian Mbappe fərqlənib.

01:54

Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda ilk hissə bitib.

TodayPress TV xəbər verir ki, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda ingilislər fasiləyə dörd toplu üstünlüklə yollanıblar - 4:0.

Qarşılaşmanı Venesueladan olan FIFA referisi Xesus Valensuela idarə edir.

01:41

Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda üçüncü qol vurulub.

TodayPress TV xəbər verir ki, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda ingilislər fərqi artırıblar - 3:0.

37-ci dəqiqədə Bukayo Saka fərqlənib.

01:28

Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda ikinci qol vurulub.

TodayPress TV xəbər verir ki, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda ingilislər fərqi artırıblar - 2:0.

18-ci dəqiqədə Ezri Konsa başla dəqiq oynayıb.

01:06

Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda hesab açılıb.

TodayPress TV xəbər verir ki, üçüncü yer uğrunda matçda İngiltərə ilk qola sevinib.

3-cü dəqiqədə Deklan Rays qapını dəqiq nişan alıb.

01:00

Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyunu başlayıb.

TodayPress TV xəbər verir ki, üçüncü yer uğrunda matç Mayami stadionunda keçirilir.

Qarşılaşmanı Venesueladan olan FIFA referisi Xesus Valensuela idarə edir.

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər