Çimərlik futbolu millimiz İngiltərə yığmasına qalib gəldi
Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ilk oyuna çıxıb.
TodayPress TV AFFA-ya istinadən xəbər verir ki, B Liqasının B qrupunda yer alan komanda İngiltərə yığması ilə qarşılaşıb.
Batumi çimərlik meydançasında baş tutan görüş təmsilçimizin 8:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin heyətində Sabir Allahquliyev 4, Sahib Məmmədov və Mirmövsüm Cəniyev hərəyə 2 qol vurublar. Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu bu gün Slovakiyaya, üçüncü matçını isə iyulun 17-də Latviyaya qarşı keçirəcək.