Brozoviç üçün yeni macəra: Xorvat ulduz Qətərə köçdü!

Brozoviç üçün yeni macəra: Xorvat ulduz Qətərə köçdü!
15.09.2026 16:52 İdman

Xorvatiya millisinin sabiq yarımmüdafiəçisi Marselo Brozoviç Qətərin “Əl-Sədd” klubuna keçib.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Bildirilir ki, Brozoviçlə 2027-ci ilə qədər müqavilə imzalanıb.

“Xorvatiyalı yarımmüdafiəçi əsas komandaya qoşulacaq. Onun transferi klubun qarşıdakı ölkədaxili və qitə yarışları öncəsi heyəti gücləndirmək istiqamətində apardığı işin bir hissəsidir”, – deyə klubun açıqlamasında qeyd olunub.

“Əl-Sədd” Qətər çempionatının ilk dörd turunda 12 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. Komandanın heyətində “Zenit”in sabiq yarımmüdafiəçisi Klaudinyu və “Liverpul”un keçmiş hücumçusu Roberto Firmino da çıxış edir.

Qeyd edək ki, İtaliyanın “İnter” klubunun sabiq futbolçusu olan Marselo Brozoviç yayda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasından ayrıldıqdan sonra azad agent statusunda idi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər