Bakıda böyük futbol həyəcanı başlayır!
İdman
29.04.2026 14:22
16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində iştirak edəcək.
TodayPress TV xəbər verir ki, komandamız aprelin 30-da Bakıda təlim-məşq toplanışına başlayacaq.
Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək U-16 millisi daha sonra Bakıda təşkil olunacaq UEFA İnkişaf Turnirinə qatılacaq.
Azərbaycan yığması turnirdə ilk oyununu mayın 6-da Litvaya qarşı keçirəcək. Komandamız iki gün sonra, mayın 8-də Rumıniya millisi ilə üz-üzə gələcək. Hər iki görüş saat 17:00-da başlayacaq.
Millimizin turnirdəki son rəqibi Gürcüstan yığması olacaq. Bu qarşılaşma mayın 11-də saat 12:00-da keçiriləcək.
U-16 millimiz hər üç oyununu Binə stadionunda keçirəcək.
Namiq HUN
tag: UEFA,Azərbaycan milli komandası,İnkişaf Turniri,Qızlar,Todaypress.tv,
Azərbaycan Kuboku: “Turan Tovuz” növbəti mərhələdə
02.12.2025
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinə vəsiqə qazanan ilk komanda artıq bəlli olub.TodayPress TV xəbər v...
Kənan Nəsibov :"50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm"
07.12.2025
Azərbaycan cüdoçusu Kənan Nəsibov 50 gün müddətində qazandığı 3-cü qızıl medala görə çox sevinclidir.TodayPress TV xəbər...
Klublararası DÇ: Fırtına “Əl-Əhli”yə imkan vermədi
20.06.2025
Futbol üzrə klublararası dünya çempionatında 2-ci tura start verilib.TodayPress TV xəbər verir ki, mundialın A qrupunda...
Kata üzrə Azərbaycan çempionatının qalibləri açıqlandı
29.12.2025
Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçirilib.TodayPress TV Azərbaycan Cüdo Federasiyasını...
“Börnli” üçün acı son — Premyer Liqa ilə vidalaşdı!
23.04.2026
Cari mövsüm İngiltərə Premyer Liqasını tərk edəcək ikinci komanda məlum olub.TodayPress TV xəbər verir ki, 2025/26 mövsü...
“Mançester Siti” Teyani Reyndersi heyətinə qatdı
11.06.2025
Yarımmüdafiəçi Teyani Reynders “Milan” klubundan “Mançester Siti”yə keçib. TodayPress TV xəbər verir ki, bu barədə...
Levandovskidən ABŞ sürprizi?
17.12.2025
“Barselona” klubunun hücumçusu Robert Levandovski karyerasını Amerika Birləşmiş Ştatlarında davam etdirə bilər.TodayPres...
“Zadəganlar”ın uğurlu seriyası Mareskaya mükafat qazandırdı
12.12.2025
İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı baş məşqçisinin adı açıqlanıb.TodayPress TV xəbər verir ki, bu barədə...
Braziliyalı qadın futbolçular rekorda imza atdı
03.08.2025
Braziliyanın qadın futbolçulardan ibarət yığması Amerika Kubokunda rekorda imza atıb.TodayPress TV xəbər verir ki, koman...
La Liqa klubu "Çelsi"nin futbolçusunu transfer edə bilər
20.07.2025
İspaniya təmsilçisi "Atletiko" (Madrid) İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Renato Veyqanı transfer edə bilər.Toda...
