Bakı təmsilçisi heyətlə bağlı mühüm addım atdı!

Bakı təmsilçisi heyətlə bağlı mühüm addım atdı!
11.06.2026 11:14 İdman

“Zirə” beş futbolçu ilə müqaviləni yeniləyib.

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qartallar” əsas heyətin bir neçə üzvü ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib.

“Zirə” Eren Aydın ilə 3 illik yeni müqavilə imzalayıb.

Bundan başqa, Davit Volkov, Aydın Bayramov və Elçin Əlicanov ilə müqavilənin müddəti daha iki il uzadılıb.

Mövsümün əvvəlində komandaya qoşulan Enrike Kustodio ilə bağlı müqavilədə nəzərdə tutulan birillik uzatma bəndi isə qüvvəyə minib.

Beləliklə, “Zirə” yeni mövsüm öncəsi heyətin əsas üzvlərini komandada saxlamağa üstünlük verib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər