Arbeloa mesaj verdi: Ulduz adlar belə toxunulmaz deyil
İdman
31.01.2026 16:42
Madrid “Real”ının baş məşqçisi Alvaro Arbeloa komandanın heyətində “toxunulmaz” futbolçuların olub-olmaması ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, AS nəşri Arbeloanın sözlərini sitat gətirib.
“Heyətlə bağlı mümkün mübahisələri başa düşürəm, amma mən həmişə meydanda ən yaxşıları görmək istəyirəm. Onlar nə qədər çox oyun vaxtı alsalar, bir o qədər yaxşıdır. Məsələn, “Vilyarreal”la oyunda qol Vinisiusun da iştirak etdiyi çox yaxşı kombinasiyanın nəticəsi idi. Bu futbolçular oyunun taleyini istənilən an dəyişə bilərlər. “Real”ın azarkeşi olmayan elə insanlar tapılar ki, onları meydanda görmək istəməsinlər”, - deyə Arbelo bildirib.
Qeyd edək ki, La Liqanın XXI turu çərçivəsində keçirilən oyunda “Real” “Vilyarreal”ı 2:0 hesabı ilə məğlub edib. Görüşdə hər iki qolu fransalı hücumçu Kilian Mbappe vurub.
Namiq HUN
tag: Mbappe,Vinisus, Futbol,Klub,Todaypress.tv,
