Antonelli həyəcan təbili çaldı: “Toqquşma baş verə bilər”
“Mercedes” komandasının italiyalı pilotu Andrea Kimi Antonelli Madriddə yerləşən “Madrinq” trasında ötmələrlə bağlı problemlərdən danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə “RaceFans” nəşri məlumat yayıb.
Antonelli hesab edir ki, trasın bəzi hissələri pilotların ötmə cəhdlərini məhdudlaşdırır və bu, toqquşma riskini artırır.
“Vəziyyət, şübhəsiz ki, ötmələr üçün imkan yaratmır və pilotları buna cəhd etməyə sövq etmir. Çünki 80 faiz hallarda bu, toqquşma ilə nəticələnə bilər.
Əgər ilk dövrədə döngəyə daxil olmağa başlasaydım, Lando Norris ilə toqquşa bilərdik və hətta divara çırpılaraq trası bağlaya bilərdik. Bu, yaxşı nəticələnməzdi.
Buna görə də məncə, ötmə imkanlarını artırmaq üçün bəzi döngələrin quruluşu dəyişdirilməlidir”, – deyə Antonelli bildirib.
Namiq HUN