Andre Klovis “Qarabağ” yolunda
Portuqaliyanın "Akademika Vizeu" klubunun futbolçusu Andre Klovis pley-off matçınadək “Qarabağ”a qoşulacaq.
TodayPress TV xəbər verir ki, forvardın avrokuboklarda pley-off mərhələsinin oyunlarınadək Azərbaycan çempionunun düşərgəsində gələrək tibbi müayinədən keçəcəyi gözlənilir.
Qeyd edək ki, braziliyalı futbolçunun hazırkı klubu ilə müqavilə müddəti 2028-ci ilin iyul ayına qədərdir. Klovis karyerası ərzində “İnternasional”, “Leykşoeş” və “Eştoril” klublarında oynayıb.
(Sport24.az)
Namiq HUN