Almaniya matçından sonra gərgin duel: Van Deyk jurnalistlə qarşı-qarşıya gəldi!

Almaniya matçından sonra gərgin duel: Van Deyk jurnalistlə qarşı-qarşıya gəldi!
25.09.2026 11:47 İdman

Niderland milli komandasının mərkəz müdafiəçisi Vircil van Deyk UEFA Millətlər Liqasının A Liqasının 1-ci turunda Almaniya ilə keçirilən matçdan (1:1) sonra jurnalistlə canlı efirdə söz mübahisəsinə çıxıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Ataque Futbolero” “X” sosial şəbəkəsində paylaşıb. 

Təcrübəli futbolçu mətbuat nümayəndəsinin qısa cavablarla bağlı iradına kəskin reaksiya verib:

- Deyəsən, burada olmaq istəmirsən, hə?

- Nəyi nəzərdə tutursan?

- Çox sakit görünürsən...

- Hərdən hər şeyi birbaşa demək kifayət edir. Həmişə uzun monoqramlar oxumaq məcburi deyil.

- Amma suallara həmişə qısa cavablar verirsən. Sanki jurnalistlərlə ünsiyyətdə olmaq səni narahat edir.

- Jurnalistlərin böyük əksəriyyəti ilə heç bir problemim yoxdur. Lakin bəziləri bəzən cəfəngiyat yazır və yalan danışırlar. Buna qarşı nə edə bilərəm?

- Bəlkə həmin insanla birbaşa danışa bilərdin.

- Elə indi də məhz bunu edirəm.

Qeyd edək ki, Niderland - Almaniya qarşılaşması 1:1 hesabı ilə başa çatıb. Niderland millisi növbəti tur çərçivəsində sentyabrın 27-də səfərdə Serbiya ilə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər