Alkarasın zədəsi düşündüyündən ciddi imiş!

İdman

28.04.2026 14:22

Karlos Alkarasın zədəsi ilə bağlı vəziyyətə Felisiano Lopes açıqlama verib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Corriere dello Sport”a danışıb. 

Madrid turnirinin direktoru və keçmiş tennisçi Alkarasın aldığı bilək zədəsinin ciddi xarakter daşıdığını bildirib.

Onun sözlərinə görə, bilək tennisçilər üçün ən həssas bölgələrdən biridir və burada kiçik bir problem belə oyuna ciddi təsir göstərir.

Lopes qeyd edib ki, bu tip zədələrdə 100% yox, hətta 200% hazır vəziyyət vacibdir, çünki bütün zərbələr bilək üzərindən həyata keçirilir. O, hətta 80% funksionallığın belə böyük problem yaratdığını vurğulayıb.

Keçmiş tennisçi özünün də oxşar zədə yaşadığını deyərək, vəziyyətin ciddi olduğunu bildirib və Alkarasın tələsməməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, Karlos Alkaras hazırda bərpa prosesi keçir və özü də sağalma prosesində tələsmədiyini açıqlayıb.

Namiq HUN

TodayPress TV

tag: Karlos Alkaras,Zədə,Açıqlama,Tennis,Todaypress.tv,