140 milyonluq ulduz üçün “Arsenal” hərəkətə keçir
Mikel Arteta “Arsenal” klubunun heyətini gücləndirmək üçün iddialı transfer planı hazırlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “The Touchline” nəşri məlumat yayıb.
Arteta klub rəhbərliyindən Vinisius Juniorun transfer imkanlarını nəzərdən keçirməyi xahiş edib.
Mənbə bildirir ki, braziliyalı hücumçu londonluların baş məşqçisinin “arzu transferi” hesab olunur. Arteta Vinisiusu komandanın hücum xəttində çatışmayan son hissə kimi görür.
Hazırda “Real Madrid”in formasını geyinən futbolçunun transfermarkt portalına görə bazar dəyəri 140 milyon avrodur. Onun “kral klubu” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Daha əvvəl yayılan məlumatlara əsasən, “Real Madrid” rəhbərliyi Vinisiusla yeni müqavilə bağlamağa hazırdır. Lakin klubun təklif etdiyi maliyyə şərtləri futbolçunun tələblərindən aşağıdır.
Qeyd edək ki, Vinisius 2018-ci ildən “Real Madrid”də çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 53 oyunda iştirak edib, 22 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN