Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirildi

Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirildi
16.07.2025 17:06 Hərbi

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyətlər planına əsasən, Azərbaycan Ordusunun qoşun növü, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə xidmətlərinin və ştatlı yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib. 

TodayPress TV xəbər verir ki, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin tabeliyində olan hərbi hissələrdən birində keçirilən toplanışda yanğın profilaktika işinin təşkili, binaların çardaq və zirzəmilərində nəzəri, avtomobil parkında isə yanğının söndürülməsi üzrə praktiki çalışmalar yerinə yetirilib. 

Həmçinin hərbi hissənin yanğından mühafizə komandasının vəzifə borcları və hüquqları, yanğından mühafizə komandasının xidməti sənədlərinin təkmilləşdirməsi üzrə məşğələlər təşkil olunub.

Toplanışın keçirilməsinin əsas məqsədi yanğından mühafizə komandalarının bilik səviyyəsinin artırılması, hərbi obyeklərdə baş verə biləcək hər hansı yanğının söndürülməsi ilə bağlı praktiki vərdişlərin aşılanmasıdır.

FOTOLAR

Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirildi — 1
Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirildi — 2
XƏBƏR LENTİ
03 IYUN 2026
İranın vurduğu aeroportdan yeni görüntülər yayıldı 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 Sərhədi pozan əcnəbilər saxlanıldı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Dünyanın ən böyük dəfni: kütlə Xomeyninin kəfənini parçaladı və.. 11:36 Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı 11:33 Menşik Lendlin 45 illik rekordunu geridə qoydu 11:29 “Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Abituriyentlərin NƏZƏRİNƏ - Bazar günü imtahan VAR! 11:00 Socar BP-dən daha böyük oldu 10:47 Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Bütün Xəbərlər