Müdafiə naziri komandanları təltif etdi - FOTO

Müdafiə naziri komandanları təltif etdi - FOTO
08.07.2026 14:45 Hərbi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Havva Qüvvələri (HHQ) və Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanlarını təltif edib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, general-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Namiq İslamzadə fəxri fərman, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov isə "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı ilə təltif olunublar.

TodayPress TV

FOTOLAR

Müdafiə naziri komandanları təltif etdi - FOTO — 1
XƏBƏR LENTİ
08 IYUL 2026
Bütün Xəbərlər