MN: "Anadolu Ankası – 2026" beynəlxalq təlimi uğurla başa çatdı

MN: "Anadolu Ankası – 2026" beynəlxalq təlimi uğurla başa çatdı
17.04.2026 17:35 Hərbi

Türkiyənin Konya şəhərində keçirilən "Anadolu Ankası – 2026" ("Anatolian Phoenix – 2026") beynəlxalq axtarış-xilasetmə təlimi uğurla başa çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, bağlanış mərasimində çıxış edən təlim rəhbərləri icra olunmuş fəaliyyətlərin nəticələri və ümumi təhlili barədə iştirakçılara ətraflı məlumat veriblər.

Tədbir zamanı təlimin gedişatını əks etdirən statistik göstəricilər təqdim olunub, həmçinin beynəlxalq axtarış-xilasetmə təliminə həsr edilmiş qısa videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda iştirakçı heyətlər arasında qarşılıqlı hədiyyələr təqdim olunub.

TodayPress TV

FOTOLAR

MN: "Anadolu Ankası – 2026" beynəlxalq təlimi uğurla başa çatdı — 1
MN: "Anadolu Ankası – 2026" beynəlxalq təlimi uğurla başa çatdı — 2
MN: "Anadolu Ankası – 2026" beynəlxalq təlimi uğurla başa çatdı — 3
MN: "Anadolu Ankası – 2026" beynəlxalq təlimi uğurla başa çatdı — 4
MN: "Anadolu Ankası – 2026" beynəlxalq təlimi uğurla başa çatdı — 5
MN: "Anadolu Ankası – 2026" beynəlxalq təlimi uğurla başa çatdı — 6
MN: "Anadolu Ankası – 2026" beynəlxalq təlimi uğurla başa çatdı — 7
MN: "Anadolu Ankası – 2026" beynəlxalq təlimi uğurla başa çatdı — 8
XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər