Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına səfərə getdi

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına səfərə getdi
07.07.2025 11:51 Hərbi

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib. 

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Rəsmi səfər proqramına əsasən, general-polkovnik K.Vəliyevin Krallığın hərbi rəhbərliyi ilə bir sıra görüşləri, həmçinin Terrorla Mübarizə İslam Koalisiyası Mərkəzini ziyarəti planlaşdırılır.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər