Azərbaycan hərbçiləri Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edirlər

Azərbaycan hərbçiləri Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edirlər
18.06.2025 12:20 Hərbi

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Serbiyada keçirilən "Platinum Wolf - 2025" çoxmillətli sülhü dəstəkləmə əməliyyatları təlimində iştirak edir. 

TodayPress TV xəbər verir ki, beynəlxalq təlimdə atış, piyada və texnika ilə patrulluq, yaşayış məntələrində əməliyyatlar, yoxlama məntəqələrinin qurulması, izdiham və  iğtişaşların qarşısının alınması, əsirlərlə davranış, döyüş zamanı yaralılara ilkin tibbi yardımın göstərilməsi, kütləvi qırğın silahlarından mühafizə və digər mərhələlər üzrə tapşırıqlar yerinə yetiriləcək. 

Azərbaycan, ABŞ, Böyük Britaniya, Bolqarıstan, Bosniya və Hersoqovina, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Şimali Makedoniya və Yunanıstan hərbçilərinin iştirak etdiyi təlim iyunun 28-dək davam edəcək.

FOTOLAR

Azərbaycan hərbçiləri Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edirlər — 1
Azərbaycan hərbçiləri Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edirlər — 2
Azərbaycan hərbçiləri Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edirlər — 3
Azərbaycan hərbçiləri Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edirlər — 4
Azərbaycan hərbçiləri Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edirlər — 5
XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər