Tovuzda kombayn yandı
Tovuz rayonunda yanğın hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, “John Deere” markalı kombaynın mühərrik hissəsi yanıb. Kombayının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.