Minaya düşən Kamran Süleymanovun oğlu: "Atamın ayağı amputasiya olunmalıdır"
Kəlbəcərdə minaya düşən 73 yaşlı Kamran Süleymanovun müalicəsi Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasında davam etdirilir.
TodayPress TV xəbər verir ki, Teleqraf-a bu barədə Kamran Süleymanovun oğlu Rəşid Süleymanov məlumat verib. O, atasının ayağının amputasiya olunacağını deyib:
"Atamın müalicəsi davam edir. Sağ ayağı amputasiya olunmalıdır. Hələlik əməliyyat edilməyib. Hadisə Sarıyataq adlanan ərazidə baş verib. Atam orada təsərrüfatla məşğul olurdu".
Hadisə ilə əlaqədar DİN, Baş Prokurorluq və ANAMA-nın Mətbuat Xidmətləri məlumat yayıb.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.