Məşhur şadlıq sarayı müsadirə olunaraq, hərraca çıxarıldı

Məşhur şadlıq sarayı müsadirə olunaraq, hərraca çıxarıldı
13.08.2026 23:58 Hadisə

Gəncədə “Tural” şadlıq sarayı hərrac vasitəsilə satışa çıxarılıb.

TodayPress TV Yeniavaz.com-a istinadla xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 1 mərtəbədən ibarətdir.

Satışa çıxarılan obyektin sahəsi 455,3 kvadrat metrə bərabərdir. 6 otaqdan ibarət olan obyektin minimum satış qiyməti 382 min 500 manat təşkil edir.

Daha əvvəl də dövlət qurumları “Tural” şadlıq sarayı ilə bağlı inzibati tədbir həyata keçirilib. Pandemiya dövrünün tələblərini pozduğu üçün şadlıq sarayının rəhbərliyi cərimələnib.

“Tural” şadlıq sarayının sahibi fiziki şəxs Zaur Qasımov olub.

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər