Kəlbəcərdə mina PARTLADI, xəsarət alan var

Kəlbəcərdə mina PARTLADI, xəsarət alan var
13.08.2026 19:57 Hadisə

Kəlbəcər rayonunda mina partlaması nəticəsində bir nəfər xəsarət alıb.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

Tərtər rayonunun Qaynaq kənd sakini, 1953-cü il təvəllüdlü Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər