"Greenfield" və "Tess" çay çeşidlərində uyğunsuzluq müəyyən edilmədi

"Greenfield" və "Tess" çay çeşidlərində uyğunsuzluq müəyyən edilmədi
15.10.2025 16:43 Hadisə

Rusiyada istehsal olunan bir sıra çay məhsullarında təhlükəli kimyəvi maddələrin aşkarlanması ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar aparılıb.

Bu barədə TodayPress TV-yə AQTA-dan məlumat verilib.

Rusiya istehsalı olan ölkəmizə idxal edilmiş çay brendlərindən - "Greenfield" və "Tess" çeşidlərindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. 

Aparılan müayinələr nəticəsində hər iki çayın sınaq nəticələri qənaətbəxşdir, hər hansı uyğunsuzluq müəyyən edilməyib.

TodayPress TV

FOTOLAR

"Greenfield" və "Tess" çay çeşidlərində uyğunsuzluq müəyyən edilmədi — 1
"Greenfield" və "Tess" çay çeşidlərində uyğunsuzluq müəyyən edilmədi — 2
"Greenfield" və "Tess" çay çeşidlərində uyğunsuzluq müəyyən edilmədi — 3
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər