FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb
Qubada qeydə alınan zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.
TodayPress TV xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Xəbər verdiyimiz kimi, yerli vaxtla saat 20:56 dəqiqədə Quba rayonu ərazisində 13 km dərinlikdə 4.9 maqnituda zəlzələ qeydə alınıb.