Fəaliyyətini qanunsuz bərpa edən yanacaqdoldurma məntəqələrinin istismarı yenidən dayandırıldı

Fəaliyyətini qanunsuz bərpa edən yanacaqdoldurma məntəqələrinin istismarı yenidən dayandırıldı
14.08.2025 11:15 Hadisə

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi fəaliyyətini qanunsuz bərpa edən yanacaqdoldurma məntəqələrinin istismarını yenidən dayandırıb.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Bildirilib ki, Tovuz rayonunun Qəribli, Alakol, Düz Qırıqlı, Hunanlar, Yuxarı Öysüzlü, Abulbəyli və Çatak Pələkli kəndlərində yerləşən “Valeh” MMC-yə məxsus və fəaliyyətləri aşkar olunan nöqsanlara görə ötən ilin avqust ayında Agentlik tərəfindən dayandırılan yanacaqdoldurma məntəqələrinin həmin nöqsanlar aradan qaldırılmadan qeyri-qanuni olaraq fəaliyyətlərini bərpa etdiyi müəyyən olunub.

Yanacaqdoldurma məntəqələrinin fəaliyyəti yenidən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunan aktların nüsxəsi sahibkara təqdim edilib.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər