Əncir dərmək istəyirdi, həyatı faciəvi şəkildə sona çatdı

Əncir dərmək istəyirdi, həyatı faciəvi şəkildə sona çatdı
15.08.2026 20:37 Hadisə

Astara rayonunda 60 yaşlı kişi ağacdan yıxılaraq ölüb.

TodayPress TV xəbər verir ki, hadisə rayonun Siyəkü kəndində baş verib.

Məlumata görə, Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Fazil Fətəliyev əncir dərmək üçün ağaca çıxıb. Bu zaman ehtiyatsızlıq nəticəsində yerə yıxılıb və müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun xəstəxanaya çatdırılmasından əvvəl öldüyü məlum olub.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
15 AVQUST 2026
Bütün Xəbərlər