Bir nəfər kanalda batdı - Fövqəladə Hallar hərəkətə keçdi

Bir nəfər kanalda batdı - Fövqəladə Hallar hərəkətə keçdi
16.08.2026 11:04 Hadisə

Qarabağ kanalında bir nəfər batıb.

Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qarabağ kanalının Beyləqan rayonu, İkinci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

XƏBƏR LENTİ
16 AVQUST 2026
Bütün Xəbərlər