AzTV-nin əməkdaşı faciəvi şəkildə vəfat etdi

AzTV-nin əməkdaşı faciəvi şəkildə vəfat etdi
12.08.2026 22:09 Hadisə

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində Məqsəd Əlisahib oğlu Məmmədli dənizdə batıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, onun meyiti ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə aşkarlanıb.

Məlumata görə, dənizdə batan 35 yaşlı Məqsəd Məmmədli Azərbaycan Dövlət Televiziyasının (AzTV) İnformasiya Proqramları studiyasının prodüseri olub.

Hadisənin təfərrüatı araşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər