44 yaşlı kişi kəsici alətlə öldürüldü - Şübhəli 16 yaşlıdır

44 yaşlı kişi kəsici alətlə öldürüldü - Şübhəli 16 yaşlıdır
13.08.2026 22:19 Hadisə

Avqustun 13-də Biləsuvar rayonunun Dərvişli kəndində 44 yaşlı kişinin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

TodayPress TV xəbər verir ki, məlumata görə 1982-ci il təvəllüdlü Şölət Rüstəmli kənd ərazisində münaqişə zəminində kəsici alətlə qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş. polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər