Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi

Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi
02.08.2026 10:45 Gündəm

ABŞ administrasiyası yaxın həftələr ərzində Rusiya və Ukrayna arasında münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesinin bərpası imkanını nəzərdən keçirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində danışıb.

"Yaxın bir neçə həftə ərzində tərəflər arasında danışıqları yenidən başlatmağın və bu müharibəyə son qoymağın mümkün olub-olmadığını qiymətləndirəcəyik", – deyə Rubio bildirib.

O əlavə edib ki, hər iki tərəfin "kifayət qədər sərt qırmızı xətləri" mövcuddur. Dövlət katibinin sözlərinə görə, Moskva və Kiyevin mövqeləri bir-birinə yaxınlaşmadığı müddətdə danışıqlar prosesinin uğur qazanması mümkün olmayacaq.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
Bütün Xəbərlər