Rusiya İstanbul razılaşmaları əsasında danışıqlara hazırdır - Putin açıqladı

Rusiya İstanbul razılaşmaları əsasında danışıqlara hazırdır - Putin açıqladı
23.06.2026 19:30 Gündəm

Rusiya İstanbulda əldə olunmuş razılaşmalar əsasında Ukrayna ilə sülh danışıqlarına hazırdır.

TodayPress TV xəbər verir ki, bu barədə ölkə Prezidenti Vladimir Putin hökumət üzvləri ilə müşavirədə bildirib.

"Dəfələrlə qeyd edildiyi kimi, Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır. Moskva buna İstanbulda əldə olunmuş və o zaman Ukrayna nümayəndə heyəti tərəfindən paraflanmış razılaşmalar əsasında hazırdır. Deməli, hər şey onları qane edirdi", - deyə o vurğulayıb.

Putin həmçinin bildirib ki, Moskva danışıqları təkcə İstanbul razılaşmaları əsasında aparmağa hazır deyil:

"İstanbulda əldə olunmuş razılaşmalar, Ankoricdə müzakirə edilən mexanizmlər, ən əsası isə yerdəki reallıqlar, həmçinin mənim bir neçə il əvvəl Xarici İşlər Nazirliyində çıxışım zamanı (2024-cü ilin iyununda) səsləndirdiyim prinsiplər əsasında".

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər