Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir
İran Prezidenti Məsud Pezeşkian ölkəsi ilə ABŞ arasındakı müharibəyə son qoymağı hədəfləyən razılaşmanın cümə günü - 19 iyun imzalanacağını bildirib.
TodayPress TV "IRNA" agentliyinə istinadən xəbər verir ki, Pezeşkian Daxili İşlər Nazirliyində keçirilən iclasda ölkəsi ilə ABŞ arasındakı razılaşma barədə bəyanatlarla çıxış edib.
"Həyata keçirilən koordinasiya nəticəsində İran-ABŞ anlaşma memorandumu cümə günü imzalanacaq”, - deyə o qeyd edib.
Müharibə dövründə ölkəsində hər hansı bir iğtişaş və üsyanın baş vermədiyini vurğulayan Pezeşkiyan, hökumətin müharibə prosesi boyu yaxşı idarəetmə nümayiş etdirdiyini dilə gətirib.
Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İranın razılığa gəldiyini bəyan etmişdi.
Həmçinin İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi də ABŞ ilə razılığın əldə olunduğunu təsdiqləyərək anlaşma memorandumunun 19 iyunda İsveçrədə imzalanacağını açıqlamışdı.
Aysel Mətləb