Köçəryanın toxunulmazlığı ləğv edilir? - Sabiq prezidentin adı yenidən gündəmdə

Köçəryanın toxunulmazlığı ləğv edilir? - Sabiq prezidentin adı yenidən gündəmdə
17.06.2026 18:18 Gündəm

Mərkəzi Seçki Komissiyası (MSK) Ermənistan Respublikası Baş Prokurorluğunun "Ermənistan" ittifaqının lideri, ölkənin ikinci Prezidenti Robert Köçəryanın toxunulmazlıqdan məhrum edilməsinə razılıq verilməsi barədə vəsatətini təmin edib.

TodayPress TV xəbər verir ki, bu barədə MSK-nın iclasından sonra jurnalistlərə açıqlamasında vəkil Aram Orbelyan məlumat verib.

O dəqiqləşdirib ki, Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması maddələri ilə ittiham irəli sürüləcək.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər