İrəvandan Bakıya dəvət: Azərbaycan COP17-də iştirak edəcək?

Gündəm

27.01.2026 12:55

Ermənistan Azərbaycanın BMT-nin Biomüxtəliflik Konvensiyasının 17-ci sammitində (COP17) iştirakını təmin etmək üçün yaxın vaxtlarda rəsmi dəvət göndərəcək. Bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan məlumat verib.

Bəs Azərbaycan  "COP17"də iştirak edəcək?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, sülhün bərpası üçün belə tədbirlərdə iştirak təbii qəbul edilməlidir:


"Olsun, artıq bu tədbirlərə dəvətlərin gəlməsini normal qarşılamaq lazımdır. Münasibətlərin bərpası istiqamətində addımlar atılır: hökumətlərarası komissiyalar görüşür, QHT-lər görüşür, dövlət və hökumət rəsmilərinin bu istiqamətdə atdıqları addımlar da cəmiyyətdə anlayışla qarşılanır. Çünki artıq müharibə yekunlaşıb. Buradan o tərəfə hansısa şəxsin müharibə xəyalları varsa, onları bir kənara qoymaq lazımdır. Əsas məqsəd sülhün bərqərar olunmasıdır. Bu istiqamətdə COP-da və Ermənistanda keçirilən digər bütün tədbirlərdə iştirak etməyimiz normaldır. Çünki ordakı aura tam dəyişməlidir, eyni zamanda buradakı da". 

Parlamentari vurğulayıb ki, artıq hər iki toplum bu müharibənin kinini bir tərəfə qoyaraq yeni bir dövrə, yeni bir gələcəyə imza atmalıdır.    

Jalə Rövşən

TodayPress TV

tag: Fazil Mustafa,Deputat,COP17,Azərbaycan,Dəvət,Ermənistan,Todaypress.tv,