Gömrük nəzarətindən gizlədilən qızıl külçələr aşkar edildi

Gömrük nəzarətindən gizlədilən qızıl külçələr aşkar edildi
08.10.2025 10:46 Gündəm

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə TodayPress TV -yə Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd edilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı həmin şəxsin gödəkcəsində və əl çantasında gömrük nəzarətindən gizlədilən 37 ədəd “Pamp” markalı, ümumi təqribi çəkisi 365 qram qızıl külçə aşkar edilib.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər