Əhməd əl-Şaraa Trampın iddialarını qəti şəkildə rədd etdi

Əhməd əl-Şaraa Trampın iddialarını qəti şəkildə rədd etdi
22.06.2026 18:50 Gündəm

Suriya Prezidenti Əhməd əl-Şaraa verdiyi müsahibədə hərbi müdaxilə ehtimalını qəti şəkildə rədd edərək, Dəməşqin regional sabitliyi bərpa etmək üçün müstəsna olaraq diplomatik, siyasi və iqtisadi yollara əl atdığını bildirib.

TodayPress TV xəbər verir ki, bu müsahibə ABŞ Prezidenti Donald Trampın "əgər İsrail bu işi bitirə bilməsə, Suriyanın "Hizbullah"la qarşıdurmaya müdaxilə edə biləcəyinə" dair son şərhlərindən sonraya təsadüf edir.

Qeyd edək ki, bu qarşıdurma fonunda, Livanın Baş naziri Nəvaf Salam regionda sürətlə cərəyan edən hadisələrlə bağlı Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani ilə telefon danışığı aparıb.

Livan Baş Nazirliyinin yaydığı bəyanata görə, Salam Əl-Şaraa tərəfindən ifadə edilən bu mövqeyi “qardaşlıq və səmimi addım” kimi xarakterizə edərək yüksək qiymətləndirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər