Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır
Avropa İttifaqı (Aİ) Rusiya tərəfindən tətbiq edilən iqtisadi məhdudiyyətlərə cavab olaraq Ermənistana dəstək proqramı hazırlayacaq və İrəvana missiya göndərəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündən və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla danışıqlarından sonra keçirilən mətbuat konfransında danışıb.
"Bu gün nazirlər Ermənistanın iqtisadi dayanıqlığını necə gücləndirə biləcəyimizi müzakirə etdilər. Biz artıq Rusiyanın ədalətsiz iqtisadi məhdudiyyətlərinə cavab vermək üçün Ermənistana dəstək planı hazırlayırıq. Ermənistanda yeni Aİ Tərəfdaşlıq Missiyası tezliklə kiberhücumlara, qanunsuz maliyyə axınlarına və digər təhdidlərə cavab vermək üçün əməliyyatlara başlayacaq", - deyə o əlavə edib.