ABŞ-nin ələ keçirdiyi gəminin iranlı heyəti vətəninə qayıdır - RƏSMİ

ABŞ-nin ələ keçirdiyi gəminin iranlı heyəti vətəninə qayıdır - RƏSMİ
26.06.2026 18:45 Gündəm

ABŞ hakimiyyət orqanları tərəfindən İranın dəniz ticarətinə tətbiq edilən blokada zamanı ələ keçirilmiş "Lenore/Davina" gəmisinin heyət üzvü olan 24 İran vətəndaşından 22-si Pakistanın Kəraçi şəhərinə gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar məlumat yayıb.

"Onların vətənlərinə ən qısa zamanda və təhlükəsiz şəkildə qayıtmasını təmin etmək üçün hazırda İranın Pakistandakı diplomatik nümayəndəlikləri ilə sıx əməkdaşlıq şəraitində son hazırlıqlar görülür", - deyə İ. Dar qeyd edib.

O, həmçinin əlavə edib ki, bu, son iki ay ərzində vətənə qaytarılması Pakistan tərəfindən təmin edilən dördüncü İran heyəti qrupudur.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər