Tələbələr iş tapmaq üçün daha çox bu peşələri seçirlər

Tələbələr iş tapmaq üçün daha çox bu peşələri seçirlər
23.07.2026 11:17 Elm və Təhsil

2026/2027-ci tədris ili üzrə peşə təhsilinə qəbul planında ən böyük pay iqtisadiyyat, xidmət və informasiya texnologiyaları istiqamətlərinə ayrılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə məlumat verib.

Onun sözlərinə görə, qəbul planının 44 faizini və ya 14 580 plan yerini iqtisadiyyat, xidmət və informasiya texnologiyaları istiqaməti üzrə 45 ixtisas təşkil edir.

Qəbul planında kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı istiqaməti üzrə 3 920, aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri üzrə 3 440, ilkin tələbat və qida məhsullarının texnologiyası üzrə 2 680, energetika, elektrotexnika, cihazqayırma, optik texnika, radiotexnika və rabitə üzrə 2 320 plan yeri ayrılıb.

Bununla yanaşı, metallurgiya, maşınqayırma və metal emalı istiqaməti üzrə 2 080, inşaat və memarlıq üzrə 1 900, sənətşünaslıq, mədəniyyət və incəsənət üzrə 1 420, kimyəvi və biokimyəvi texnologiya istiqaməti üzrə isə 780 plan yeri nəzərdə tutulub.

İlqar Bayramlı bildirib ki, qəbul planının müddət bölgüsünə əsasən proqramların 67 faizi 6 aylıq və ya 1 illik, 22 faizi 3 illik, 7 faizi 2 illik, 4 faizi isə 4 illik təhsil müddətini əhatə edir. Beləliklə, qəbul planında 1 ilədək olan proqramların payı təxminən 67 faiz təşkil edir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər