Məktəblərdə telefon qadağası rəsmiləşdi - Nazir təsdiqlədi

Məktəblərdə telefon qadağası rəsmiləşdi - Nazir təsdiqlədi
29.06.2026 16:35 Elm və Təhsil

Məktəblərdə mobil telefonlardan istifadəyə yeni qayda qüvvəyə minib.

TodayPress TV xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev tərəfindən təsdiqlənən qaydalara əsasən, dərs zamanı şagirdlərin mobil telefon, planşet və ağıllı saatlardan istifadəsi qadağan edilib.

Cihazlar dərs müddətində söndürülmüş və ya səssiz rejimdə saxlanılaraq məktəbdə xüsusi qutularda və ya şkaflarda qalacaq.

Qaydalara görə, yalnız müəllimin icazəsi ilə tədris məqsədilə və ya fövqəladə hallarda cihazlardan istifadə etmək mümkündür. Qadağaya əməl etməyən şagirdlərə qarşı məktəbin daxili intizam qaydalarına uyğun tədbirlər görüləcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Bütün Xəbərlər