Magistraturaya qəbul imtahanlarında esse yazmaq məcburi olacaq?
Gələcəkdə magistraturaya qəbul imtahanlarında esse yazmaq məcburi ola bilər.
TodayPress TV xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı təşkil olunan müzakirələrə həsr olunmuş brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, yaxın illərdə esseyə görə minimal bal tələbinin tətbiqi istisna olunmur.
“Belə bir dəyişikliyin olacağı təqdirdə, Dövlət İmtahan Mərkəzi bu barədə ictimaiyyəti öncədən - azı iki il əvvəl məlumatlandıracaq”.
Töhfə Səməd