DİM sədri: “Bu imtahanlar iki mərhələdən ibarət olacaq”

DİM sədri: “Bu imtahanlar iki mərhələdən ibarət olacaq”
16.07.2025 12:09 Elm və Təhsil

“Peşəkar mühasib sertifikasiyası ilə bağlı imtahanlar artıq elektron formada həyata keçiriləcək”.

TodayPress TV xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, imtahanlar iki mərhələdən ibarət olacaq: 

“Hazırda birinci mərhələnin sınaq variantı həyata keçirilib və nəticələr ekspertlər tərəfindən təhlil olunub. Sentyabrdan etibarən bu istiqamətdə rəsmi imtahanlara başlanacaq”.

Töhfə Səməd

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər