DİM magistratura üzrə universitetlərin nəticələrini açıqladı
Magistraturaya qəbul imtahanının nəticələri əsasında məzunları ən yüksək və ən zəif nəticə göstərən təhsil müəssisələrinin adı açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc edilən 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallarda yer alıb.
Qeyd olunub ki, ən yüksək nəticəni Bakı Ali Neft Məktəbinin, ən zəif nəticəni isə Azərbaycan Milli Konservatoriyası və Bakı Xoreoqrafiya Akademiyasının məzunları göstərib.