Agentlik direktoru Azərbaycanı dünyada təmsil edəcək aşpazlara "pasport"larını təqdim etdi

Agentlik direktoru Azərbaycanı dünyada təmsil edəcək aşpazlara "pasport"larını təqdim etdi
24.07.2026 16:08 Elm və Təhsil

Aşpaz ixtisası üzrə beynəlxalq sertfikat proqramını uğurla bitirmiş və “City & Guilds Səviyyə 2 “ beynəlxalq dərəcəli serifikat əldə edən peşə məzunları ilə görüş keçirilib.

Bu barədə TodayPress TV-yə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsilində beynəlxalq standartların tətbiqinin gənclərin qlobal əmək bazarında rəqabətqabiliyyətliliyinə verdiyi töhfədən bəhs edib.


Qeyd edilib ki, bu uğurlu təcrübə tək aşpazlıq sahəsi ilə məhdudlaşmır. Ölkənin aparıcı tərəfdaş qurumları ilə işbirliyi çərçivəsində reallaşdırılan və ümumilikdə 7 ixtisası əhatə edən bu beynəlxalq proqramlar şəbəkəsi peşə təhsilimizin ümumi inkişafına güclü təkan verir. Sənaye, İKT, dizayn, mühasibatlıq və kulinariya sahələrini əhatə edən bu təşəbbüslər peşə təhsilinin nüfuzunu artırır, daxili əmək bazarı ilə yanaşı, xarici şirkətlərdə, beynəlxalq layihələrdə və distant iş platformalarında uğurla rəqabət aparmaq, habelə daha yüksək başlanğıc əməkhaqqı ilə karyeraya başlamaq imkanı qazanırlar.

Sonda "City & Guilds Səviyyə 2" beynəlxalq dərəcəli sertifikatlar uğurlu nəticə göstərən məzunlara təqdim edilib.

Qiymət Mahir

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər