Yəhudilər Azərbaycana görə ayağa qalxdılar: İsrailə savaş elan etdilər

Yəhudilər Azərbaycana görə ayağa qalxdılar: İsrailə savaş elan etdilər
02.07.2026 10:34 Dünya

Azərbaycan Aşkenazi yəhudi icmasının baş ravvini Şneur Segal İsrail parlamentini 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınması ilə bağlı qərara yenidən baxmağa çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Məlumata görə, Şneur Segal məktubu bazar ertəsi İsrailin hakim Likud Partiyasının deputatı və koalisiya sədri Ofir Katza ünvanlayıb. Müraciət İsrail hökumətinin xarici işlər naziri Gideon Saarın təşəbbüsü ilə 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınmasını dəstəkləməsindən sonra edilib.

Baş ravvin məktubunda Azərbaycan yəhudi icmasının mövqeyinin nəzərə alınmasını xahiş edib. O bildirib ki, Knessetdə bu qərarın qəbul edilməsi Azərbaycandakı yəhudi icmasına mənfi təsir göstərə bilər.

Şneur Segal vurğulayıb ki, Azərbaycan yəhudi icması uzun illərdir ölkə cəmiyyətinin ayrılmaz hissəsidir və nəsillər boyu təhlükəsizlik, hörmət və tam dini azadlıq şəraitində yaşayır. Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində yəhudilər dini simvollarını açıq şəkildə nümayiş etdirməkdən çəkinərkən, Bakıda kippa ilə sərbəst və təhlükəsiz hərəkət etmək mümkündür ki, bu da Azərbaycan xalqının yəhudilərə dost münasibətinin göstəricisidir.

Baş ravvin həmçinin qeyd edib ki, Azərbaycan yəhudi icmasının İsraillə dərin tarixi və ailə bağları mövcuddur. O, İsrail-Azərbaycan münasibətlərinin strateji xarakter daşıdığına inandığını, lakin bu qərarın Azərbaycanda İsraili dost ölkə hesab edən insanlar arasında narahatlıq yaratdığını bildirib.

Şneur Segal məktubunda bu məsələnin Azərbaycan üçün həssas olduğunu vurğulayaraq, Knesset üzvlərini Azərbaycan yəhudi icmasının mövqeyini nəzərə almağa çağırıb.

Xatırladaq ki, İsrail hökuməti iyunun 28-də xarici işlər naziri Gideon Saarın təşəbbüsü ilə 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınmasını dəstəkləyib. Lakin qərarın qüvvəyə minməsi üçün onun Knesset tərəfindən də təsdiqlənməsi tələb olunur.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər