"WSJ": ABŞ-İran atəşkəs danışıqları çıxılmaz vəziyyətdədir

"WSJ": ABŞ-İran atəşkəs danışıqları çıxılmaz vəziyyətdədir
03.04.2026 23:40 Dünya

Pakistanın başçılıq etdiyi regional vasitəçilərin ABŞ və İran arasında apardığı atəşkəs danışıqlarının hazırkı mərhələsi çıxılmaz vəziyyətə düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti vasitəçilərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Tehran amerikalı rəsmilərlə İslamabadda görüşməkdən imtina edib və Vaşinqtonun tələblərini qəbuledilməz adlandırıb.

Qəzet, həmçinin əlavə edib ki, Türkiyə və Misir çıxış yolu axtarmağa davam edir. Onlar danışıqlar üçün Doha və İstanbul da daxil olmaqla yeni məkanları nəzərdən keçirirlər.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər