Ukraynada hərbi vəziyyət uzadıldı: Zelenski yeni qanunu imzaladı

Ukraynada hərbi vəziyyət uzadıldı: Zelenski yeni qanunu imzaladı
30.04.2026 22:03 Dünya

Prezidenti Volodimir Zelenski ölkənin hərbi vəziyyətinin və ümumi hərbi səfərbərliyin daha 90 gün uzadılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Parlamenti məlumat yayıb.

Parlament tərəfindən müvafiq olaraq 315 və 304 səslə təsdiqlənən qanun layihələri mayın 4-ü qüvvəyə minəcək.

Qeyd edək ki, Ukraynada hərbi vəziyyət ilk dəfə 2022-ci ilin fevral ayında tətbiq edildiyindən bəri 18 dəfə uzadılıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər