Ukrayna Rusiyaya cavab verdi: Ən böyük neft zavodunu hədəfə aldı - VİDEO

Ukrayna Rusiyaya cavab verdi: Ən böyük neft zavodunu hədəfə aldı - VİDEO
02.07.2026 08:39 Dünya

Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın "LUKOIL-Nijeqorodnefteorgsintez" şirkətinə məxsus Kstovo neft emalı zavoduna hücum edib.

TodayPress TV xəbər verir ki, məlumata görə, Kstovo zavodu Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir.

Obyektin illik ilkin neft emalı gücü təxminən 17 milyon ton təşkil edir ki, bu da ölkənin ümumi ilkin neft emalı gücünün təxminən 5-6 faizinə bərabərdir.

Bildirilir ki, zavod Rusiyanın dördüncü ən böyük neft emalı müəssisəsi olmaqla yanaşı, Rusiya ordusunun əsas yanacaq təchizatçılarından biri hesab olunur.

Hücumun nəticələri və dəyən ziyanın həcmi ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Ukrayna Rusiyaya cavab verdi: Ən böyük neft zavodunu hədəfə aldı - VİDEO — 1
XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər