Ukrayna Rusiyanın 12 rayonunu eyni anda vurdu: Bir gecədə 400-dən artıq dron...

Ukrayna Rusiyanın 12 rayonunu eyni anda vurdu: Bir gecədə 400-dən artıq dron...
30.06.2026 11:04 Dünya

Rusiya paytaxtı yenə Ukrayna donlarının hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, dünən axşam saatlarından başlayaraq Moskva regionunun səmasında 61 pilotsuz uçuş aparatı vurulub.

Moskva meri Sergey Sobyanin Ukrayna PUA-larının Moskva istiqamətində uçarkən vurulduğunu, dronların parçalarının düşdüyü yerdə təcili xidmətlərin çalışdığını açıqlayıb.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, dron Yeqoryevsk şəhərindəki fərdi evə düşəndən sonra yanğın baş verib. Nəticədə insanlar dağıntılar altında qalıb, xilasedicilər 4 nəfəri dağıntılar altından çıxarıblar, lakin altı aylıq körpə xəstəxanaya aparılarkən yolda ölüb.

Hava Hücumundan Müdafiə sistemlərinin Moskva vilayətinin Domodedovo, Çexov, Dubna, Kaşira, Voskresensk, Pavlovski Posad, Odintsovo, Bronnitsı, Ramenskoye, Stupino, Kolomna və Yeqoryevsk rayonlarında 60 dron hücumunu dəf etdiyi bildirilib.

Vorobyov əlavə edib ki, Dubnada dron inzibati binaya ziyan vurub, lakin xəsarət alan olmayıb.

Rusiya “Telegram” kanalları Dubnada Ukrayna dronlarının hədəfinin kosmik mərkəz olduğunu yazıb.

Moskvaya dron hücumu hava limanlarının müvəqqəti bağlanmasına səbəb olub. Belə ki, Rusiya paytaxtının “Domodedovo” və “Vnukovo” hava limanlarında təyyarələrin uçuşu və enişinə məhdudiyyətlər qoyulub.

Rusiya Müdafiə Nazirliyi ötən gecə ərzində 419 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər