Ukrayna qoşunları Kupyansk istiqamətində irəliləyir

Dünya

14.12.2025 17:35

Ukraynanın Müdafiə Qüvvələri Xarkov vilayətinin Kupyansk istiqamətində və şəhərin kənarlarında hücumlarını davam etdirir. 

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu (ISW) hesabat yayıb.

Məlumata görə, Ukrayna qoşunları Kupyanskın mərkəzində irəliləyib və təmizləmə əməliyyatları aparır. Ukrayna Milli Qvardiyasının “Xartiya” briqadasının döyüşçüsü Yuri Butusov bildirib ki, Ukrayna qüvvələri şəhərin cənub-qərbində yerləşən Yubileynıy mikrorayonuna tam nəzarət edir. Bu, rusların şəhərin cənubundakı mövqelərini saxlamaq imkanını aradan qaldırır.

Butusov həmçinin qeyd edib ki, Ukrayna qüvvələri 24 sentyabra qədər Tişçenkovkanı, 9 oktyabra qədər Kondraşovkanı, 11 oktyabra qədər isə Radkovkanı azad edib və bu, Rusiya müdafiəsini yarmağa imkan verib. Ukrayna hərbçiləri Oskol çayının sağ sahilinə çıxıb və 21 oktyabra qədər rusların Kupyanska gedən yerüstü təchizat xətlərini kəsiblər.

ISW bildirir ki, 12 və 13 dekabr tarixli geolokasiya görüntüləri rus diversiya qruplarının hələ də şəhərin şimal və qərb hissələrində mövcud olduğunu göstərir. Həmçinin, ruslar Kupyansk istiqamətində pilotsuz uçuş aparatları üçün yüksək təhlükə zonası yaradıb.

TodayPress TV

tag: Rusiya,Ukrayna,Təmizləmə,Müharibə,Todaypress.tv,