Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu

Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu
16.06.2026 20:20 Dünya

Türkiyənin "TCG Oruçreis" freqatı ABŞ-nin qurulmasının 250-ci ildönümü tədbirləri çərçivəsində icra ediləcək "FLEETEX-250/2026" təlimində iştirak etmək üçün 14-21 iyun tarixləri arasında Norfolk Dəniz Bazasına liman səfəri həyata keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"TCG Oruçreis freqatı, 14 iyun 2026-cı il tarixində Hərbi Filo Komandanı kontr-admiral Mehmet Baybars Küçükatay, Norfolk Türk Baş Zabiti general-mayor Hayrettin Koca və Vaşinqton Dəniz Attaşesi Haluk Orhon tərəfindən qarşılanıb", - məlumatda bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər