Trampın xüsusi nümayəndəsi Dohaya yollandı: ABŞ-İran danışıqları baş tutacaq?
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff 30 iyunda Qətərin paytaxtı Doha şəhərinə yola düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Telekanal iki amerikalı rəsmiyə istinadən bildirib ki, Uitkoff hazırda Dohaya gedir. Onu ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin müşayiət edib-etmədiyi barədə isə məlumat verilməyib.
Bundan əvvəl Donald Tramp ABŞ və İran arasında danışıqların Dohada keçiriləcəyini açıqlamışdı.
Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai Tehranın yaxın günlərdə Qətərdə ABŞ nümayəndələri ilə hər hansı görüş keçirməyi planlaşdırmadığını bildirib.
Türkan İsgəndərli